2023-cü ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvarında Azərbaycanın 20 sığorta şirkətindən 4-nün sığorta haqları azalıb, 16-nın isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “İpək Yolu Sığorta” şirkətidir (90%).
Yığımları ən çox artan “Aqrar Sığorta” (5.9 dəfə), “Meqa Həyat Sığorta” və “Dövlət Sığorta Kommersiya Şirkəti”dir (2.5 dəfə)
| Sığortaçının adı | Sığorta haqları (2023-cü il yanvar), min manat | Sığorta haqları (2022-ci il yanvar),min manat | İllik Fərq |
| A-Qroup Sığorta Şirkəti | 1,400 | 1,364 | 3% |
| AtaSığorta | 998 | 907 | 10% |
| Atəşgah Həyat Sığorta Şirkəti | 3,416 | 2,699 | 27% |
| Atəşgah Sığorta Şirkəti | 2,929 | 2,630 | 11% |
| Dövlət Sığorta Kommersiya Şirkəti | 2,040 | 827 | 2.5 dəfə |
| Azərbaycan Sənaye Sığorta | 2,677 | 2,571 | 4% |
| AzSığorta | 668 | 869 | -23% |
| Bakı Sığorta | 501 | 375 | 34% |
| Günay Sığorta | 775 | 486 | 59% |
| İpək Yolu Sığorta | 524 | 5,125 | -90% |
| Meqa Sığorta | 3,152 | 2,769 | 14% |
| Naxçıvansığorta | 143 | 148 | -3% |
| Paşa Həyat Sığorta | 33,149 | 25,320 | 31% |
| Paşa Sığorta | 64,026 | 59,856 | 7% |
| Qala Həyat Sığorta Şirkəti | 1,177 | 969 | 21% |
| Qala Sığorta | 1,832 | 5,107 | -64% |
| Xalq Həyat Sığorta Şirkəti | 700 | 608 | 15% |
| Xalq Sığorta | 4,595 | 3,570 | 29% |
| Aqrar Sığorta | 8,997 | 1,517 | 5.9 dəfə |
| Meqa Həyat Sığorta | 250 | 102 | 2.5 dəfə |







