Kaliforniya Universitetinin komandası uzun müddət işləyən akkumulyator yaradıb. “ilenta.com” saytına istinadən xəbərə görə, nanobatareyanın əsas özəlliyi odur ki, 200 min dəfə enerji ilə doldurula bilər.
Həmin nanobatareya universitetin aspirantı tərəfindən təsadüfən yaradılıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən ora pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Çoxlu sayda enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib. Belə ki, adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerjidoldurmaya hesablandığı halda, yeni yaradılmış batareya təxminən 400 il işləyəcək.
Hələ ki nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.
Lent.az