22 C
Baku
Friday, April 26, 2024

400 mln. manatlıq qiymətli kağızlarına görə bu şirkəti seçdi

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) elan etdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, qalib şirkət “İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyət seçildi.

Müqavilədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu üçün 400 mln. manatlıq qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə xidmətlərin satın alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 39 min 999 manatdır.

Bildirək ki, “İnvest-AZ İnvestisiya Şirkəti” 2006-ci ildə dövlət qeydiyyatına alınıb. İnvestisiya şirkətinin nizamnamə kapitalı 2 254 590 manatdır və qanuni təmsilçisi Şəhriyar Qurbanzadədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər