Ötən il Əqli Mülkiyyət Agentliyinə əmtəə nişanlarının qeydiyyatına dair 2 288 ərizə daxil olub.
Bu barədəAgentlikdən məlumat verilib.
Qeyd olunub ki, 793 ədəd əmtəə nişanının qeydiyyata alınması haqqında qərar, 241 ədəd əmtəə nişanının qeydiyyatından imtina haqqında rədd qərarı verilib.
Həmçinin 2020-ci ildə əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid sazişi və ona dair protokol üzrə daxil olan ərizələrin sayı 3 048 ədəd olub. 415 ədəd əmtəə nişanının qeydiyyatına dair imtina qərarı qəbul edilib.
Bundan əlavə, ötən il Agentliyə ixtira və faydalı modellərin qeydiyyatı ilə bağlı 145 iddia sənədi daxil olub. Beynəlxalq PCT proseduru üzrə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 5, Avrasiya Patent Təşkilatına göndərilməsi üçün milli iddia sənədlərinin sayı 22 olub. Agentliyə ixtira və faydalı modellərin qeydiyyatı ilə bağlı PCT proseduru üzrə 17 və konvensiya ilkinliyi üzrə 8 xarici iddia sənədi daxil olub.