Bu şəxslər MİQ imtahanında ödənişsiz iştirak edəcəklər

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.

Bəzi şəxslər sözügedən imtahanda ödənişsiz olaraq iştirak edə biləcəklər.

Belə ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə ilk dəfə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bu ödənişdən azaddırlar.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər