-1 C
Baku
Sunday, December 15, 2024

42 ölkə Rusiyanın hərbi qüvvələrinin Zaporijye AES-dən çıxarılmasına çağırış edib

Dünyanın 42 ölkəsi Rusiyanı Ukraynanın Zaporijye atom elektrik stansiyasını geri qaytarmağa çağırıb.

Bu barədə Avropa İttifaqının (Aİ) Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin saytında dərc edilmiş məlumatda deyilir.

Bildirilir ki, Rusiya ordusu satnsiya üçün təhlükə yaradır və öz hərbçilərini oradan çıxarmalıdır.

Bəyanata bütün Aİ üzvləri və ayrıca oalraq Norveç, İngiltərə, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Gürcüstan, Moldova, Şimali Makedoniya və Türkiyə qoşulub.

Ölkələr xatırladırlar ki, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi hərəkətləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Zaporijye atom elektrik stansiyası üzərindəki nəzarəti nüvə təhlükəsizliyi prinsiplərinə ziddir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər