17 C
Baku
Saturday, May 4, 2024

Putin tarixi səhvə yol verdi – Makron

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi nəticəsində təcrid olunub.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya prezidenti müharibəyə başlamaqla “tarixi və fundamental səhvə” yol verib.

“Mən ona dedim ki, xalqı, özü və tarixi üçün tarixi və əsas səhvə yol verib”, – deyə Fransa prezidenti regional mediaya müsahibəsində bildirib.

Müsahibə zamanı Makron yaxın vaxtlarda Kiyevə səfərini istisna etməyib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər