11 C
Baku
Friday, November 15, 2024

Devalvasiyadan itirənlər kompensasiya edilir – Nazarbayev göstəriş verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bankda tenge ilə depozit saxlayan və milli valyutanın devalvasiyasından itirən vətəndaşların kompensasiya edilməsi ilə bağlı göstəriş verib.

Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu gün səhər ölkənin Baş naziri Kərim Məsimov tengənin üzən məzənnə rejiminə keçdiyini təsdiqləmişdi. Bu xəbərdən sonra Qazaxıstan milli valyutasının 1 dollara nisbətdə dəyəri 255 tenge səviyyəsinədək enib. Ölkə başçısı isə bəyan edib ki, alternativ yox idi, ancaq bu yolla ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini bərpa etmək və ehtiyatları saxlamaq mümkün ola bilərdi.

Nazarbayevin Milli Banka verdiyi göstərişlə isə əhalinin daha az itki ilə bu prosesdən çıxmasını təmin etmək üçün 18 avqusta qədər tenge ilə qoyulan depozitlər kompensasiya ediləcək.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər