18 C
Baku
Sunday, April 28, 2024

460 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində proseslərin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2023-cü ilin 11 ayı ərzində vətəndaşlardan daxil olan 2555 müraciət təmin olunub.

Bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.

Xidmət rəisi bildirib ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artım deməkdir.

“Təmin olunan müraciətlər üzrə 460 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb, 80 min manatadək dəymiş ziyan ödənilib. Müraciətlərin sayının artması istehlakçıların öz hüquqları barədə məlumatlılığına dəlalət edir və təmin olunma səviyyəsində artım bu hüquqların müdafiəsinin səmərəli təşkilindən xəbər verir”, – M.Abbasbəyli əlavə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər