Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nəticədə Rusiyanın Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı 39,9%-dən 47,7%-ə yüksəlib. Beləliklə, ölkəyə xaricdən daxil olan hər 100 dolların təxminən 48 dolları Rusiyanın payına düşüb.

Əks istiqamətdə isə azalma qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 19,9 milyon dollar köçürülüb. Ötən ilin eyni dövründə bu göstərici 22,1 milyon dollar idi. Beləliklə, Rusiyaya pul köçürmələrinin həcmi illik müqayisədə 9,9% azalıb.

Rusiyadan daxil olan və bu ölkəyə göndərilən pul köçürmələri arasındakı xalis fərq 336,7 milyon dollar təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici 191 milyon dollar idi. Beləliklə, Rusiya üzrə xalis pul daxilolması bir ildə 76,3% artıb.

Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Azərbaycana xaricdən fiziki şəxslərin pul baratları 40,2% artaraq 748,5 milyon dollara çatıb. Azərbaycandan xaricə köçürmələr isə 12,7% azalaraq 207,9 milyon dollar olub.

Qeyd edək ki, məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər