Nazirlər Kabineti 463 nömrəli Qərarla bağlı izahat açıqlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Banker.az-a verilən məlumata əsasən, izahatda qeyd olunur ki, Nazirlər Kabinetinin 463 nömrəli Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.
“Belə ki, Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvətərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və
metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.
Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”, – deyə izahatda vurğulanır.