11 C
Baku
Wednesday, December 11, 2024

Karyera yolunuzu seçməkdə çətinlik çəkirsinizsə, özünüzə 5 sual verin

İnsanın keçəcəyi karyera yolu nadir hallarda proqnozlaşdırıla və ya düz yöndə olur. Əslində mütəxəssislərin 40%-i karyera həyatında dönüş etməyi düşünürlər. 

Siz seçdiyiniz karyera yolunuzun düz və ya səhv olduğunu başa düşməlisiniz. İstəklərinizin dəyişib-dəyişmədiyini və kursunuzu dəyişdirmək üçün nə edə biləcəyinizi tapmaq üçün özünüzə düzgün suallar verməlisiniz. 

Nə istədiyiniz bildikdə, sizi buna aparacaq qərarlar qəbul etmək daha asan olur. Karyeranızın düzgün istiqamətdə yönəldildiyinə əmin olmaq üçün bu beş sualdan istifadə edin. 

Beş ildən sonra harada olmaq istəyirəm?

Karyeranızın doğru istiqamətdə getdiyini başa düşməyin ən yaxşı yolu özünə iddialı suallar verməkdir. Onlardan biri də budur: beş ildən sonra harada olmaq istəyirəm? Fürsətdən istifadə edərək, özünüzə qarşı dürüst olmaq üçün qeyd dəftərini tutun və bütün fikirlərinizi oraya yazın. Həqiqətən də nə etmək istəyirsiniz? 

Bu suala cavab vermək üçün ilk olaraq başqa məsələyə aydınlıq gətirməyiniz lazımdır: hal-hazırda tutduğum vəzifə bu məqsədə çatmağımda mənə kömək edəcəkmi? Və əgər cavabınız “hə” dirsə, bu halda karyeranızın doğru yolda getdiyinə əmin ola bilərsiniz. Və əksinə, cavabınız “yox” dursa, özünüzdən soruşun:

1) Mənə necə bir iş lazımdır?

2) Hansı bacarıqlarımı yaxşılaşdırmaq lazımdır?

3) Yeni iş yerini tapmaq üçün özümə nə qədər vaxt verə bilərəm?

Heç kim sizin əvəzinizdə bu suallara cavab verə bilməz, buna görə yaxın gələcəkdə nə edəcəyinizə qərar verin. 

Gördüyüm iş mənim üçün maraqlıdırmı?

Gördüyünüz iş sizin üçün maraqlıdırmı? Üzərində işlədiyiniz layihələr içinizdə ehtiras hissini oyadırmı? “The New Way Live” in qurucusu, spiker və milyonçu Peta Kelly bununla bağlı deyir: “Hamımızın dahi olduğumuz sahə var. Unikal istedadlar və bacarıqlar. Hamımızın xoşbəxtlik yaradıcılıq, məhsuldarlıq və səmərəlik sahəmiz var… Lakin həyatı boyu yalnız məntiqə və praktik şeylərə söykənsək, bunların heç birini yaşaya bilməyəcəyik. Ən yaxşı kompas maraqdır”. 

Əgər işiniz sizi sevindirmirsə, karyera yolunuzu dəyişdirmək haqqında düşünməyin vaxtı gəlib çatıb. Bu o demək deyil ki, hazırkı işinizi atıb başqa bir iş axtarmağa başlamalısınız. Şirkətinizi sevirsinizsə, rəhbərinizlə vəzifənizi dəyişdirmək barədə danışın. Yeni vəzifə sizdə güclü maraq hissini oyatmalıdır. 

Bütün diqqətim gördüyüm işdə olurmu?

Özünüzə qarşı dürüst olun: həqiqətən də bütün diqqətim işdədir, yoxsa sadəcə mənə komfort olan yerdə qalmağı üstün tuturam? Əgər ikinci variant sizin cavabınıza uyğun gəlirsə, siz karyeranızın üstündən xətt çəkmiş olursunuz. 

Unutmayın ki, xoşbəxt olmaq və axın üzrə üzmək bir-birindən tamamilə fərqli olan şeylərdir. Əgər hazırda olduğunuz yerdə özünüzü xoşbəxt hiss edirsinizsə, günü-gündən daha da təkmilləşirsiniz. Yox əgər sadəcə axın üzrə üzürsünüzsə, çox güman ki, eyni nöqtədə dayanmısınız. 

Bacarıqlarımı inkişaf etdirirəmmi? 

“WorkItDaily” şirkətinin qurucusu və baş direktoru J. T. O’Donnell bunun olduqca vacib olduğunu söyləyir. O qeyd edir ki, mütəmadi olaraq əsas bacarıqlarınızı inkişaf etdirmirsinizsə, karyeranız inkişaf etmir. İş yerləri (və işçilər) inkişaf etmirlər, köhnəlirlər. 

Əgər sizin iş yerində bacarıqlarınızı inkişaf etdirmək imkanınız yoxdursa, karyeranızın istiqamətiniz dəyişməlisiniz. Bu o deməkdir ki, siz öz bacarıqlarınızı işdən kənar vaxtda inkişaf etdirməlisiniz, ya da işçilərinin peşəkar inkişafına daha çox diqqət ayıran şirkətə keçərək iş yerinizi dəyişməlisiniz. 

Xəyal etdiyim həyatı qurmaq üçün hansı vəzifədə olmalıyam?

Siz işin həyatınızın hansı hissəsini tutmağını istədiyinizi müəyyən etməlisiniz. Bəlkə saat 17:15-dən sonra evdə olmağı üstün tutursunuz və ya sizi həftə sonu gecələr işləməyə məcbur edən karyeraya sahib olmağı arzulayırsınız? Siz evdə işləməyi, yoxsa daim ezamiyyətdə olmağı istəyirsiniz?

Əgər uşaqlarınız ilə daha çox vaxt keçirmək istəyirsinizsə, amma axşam saat 7-dən tez evə gələ bilmirsiniz. Bu halda karyera yolunuzu dəyişdirmək haqqında düşünməyiniz məqsədəuyğun olar.

Karyera yolunuzu izləyin

Hazırda karyera yolunuzun hansı hissəsində olmağınızdan asılı olmayaraq, bir addım geri ataraq hansı istiqamətdə hərəkət etdiyinizi qiymətləndirin və bundan sonra hansı istiqamətdə getmək istədiyinizi müəyyən edin. Məqsədləri yenidən nəzərdən keçirmək, istəklərinizə qarşı dürüst olmaq və bütü diqqəti bacarıqlarınız üzərində cəmləşdirmək – bütün bunlar sizə xəyal etdiyiniz karyeraya çatmağa kömək edəcəkdir. 

 

Son xəbərlər
Digər xəbərlər