12 C
Baku
Saturday, November 23, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “5 Oktyabr -Müəllimlər” günü münasibətilə Bankların keçirdiyi nağd kredit kampaniyaları

“5 Oktyabr -Müəllimlər” günü münasibətilə Bankların keçirdiyi nağd kredit kampaniyaları

0
“5 Oktyabr -Müəllimlər” günü münasibətilə Bankların keçirdiyi nağd kredit kampaniyaları

Müəllimləri pərakəndə bankçılıq məhsulları, xüsusilə nağd şəkildə verilən kredit məhsullarının istehlakı üzrə ən aktiv seqmentlərdən biri kimi qeyd etsək yəqin ki yanılmarıq. Gəlirlərinin stabilliyi, məsuliyyət hissinin yüksək olması, həmçinin əksəriyyətinin əlavə gəlirlərinin (repititorluq fəaliyyəti) olması onların bankların müştəri kateqoriyalarında stabil kredit ödəyicisi kimi təsnifləşdirilməsinə gətirib çıxarır. Hətta bəzi banklarda xüsusilə təhsil sektorunda çalışan şəxslər üçün nəzərdə tutulmuş kredit məhsulları da mövcuddur.

Bildiyimiz kimi, 5 Oktyabr tarixi “Beynəlxalq müəllimlər günü”dür. Banklar hər il olduğu kimi bu il də peşə bayramları ərəfəsində müəllimləri yaddan çıxarmamış və onlar üçün fərqli konseptdə olan kampaniyalar hazırlamışdır. Monitorinq qrupumuz müəllimlərin maraqlarını nəzərə alaraq onların üçün təklif edilən kampaniyaların şərtlərini təhlil edib bir yerə toplayıb. Aşağıda həmin kampaniyalar barəsində ətraflı məlumatı və kampaniyaların bitmə tarixlərini Sizlərə təqdim edirik.

Bank Kampaniyanın adı Kampaniyanın bitmə tarixi Kampaniya güzəştləri Kredit üzrə digər şərtlər
Bank of Baku Təhsil Kampaniyası 06.11.2018
  • İllik faiz dərəcəsinə müştərinin əmək haqqından asılı olaraq 6%-dək endirim edilir.
  • Kredit üzrə komissiya tutulmur.
  • 10 000 AZN-dək məbləğlər zaminsiz verilir.
Kreditin məbləği – 20 000 AZN

Kreditin müddəti – 48 ayadək

Bank Respublika Müəllimlərə ƏLA təklif 05.11.2018
  • İllik faiz dərəcəsinə min.3% –  maks.5% endirim edilir.
  • Əmək haqqının 5 mislinədək məbləğlər (min. 3000 AZN olmaqla) zaminsiz verilir.
Kreditin məbləği – 20 000 AZN

Kreditin müddəti – 36 ayadək

Kredit üzrə komissiya – 0.5%-dən başlayaraq

Kapital Bank Təhsil işçiləri kampaniyası Elan edilməyib Kampaniya çərçivəsində illik faiz dərəcəsinə 3.84% endirim edilərək 26% təyin edilmişdir. Kreditin məbləği – 20 000 AZN

Kreditin müddəti – 48 ayadək

Kredit üzrə komissiya – 1%

Sığorta komissiyası  – 5%

Zaminsiz məbləğ – 5000 AZN-dək

NBC Bank Müxtəlif peşələr kampaniyası 31.10.2018 Kredit üzrə illik faiz dərəcəsi – 22%

Müddət – 40 ay

Məbləğ – 15 000 AZN

Komissiya – 3%

Zaminsiz məbləğ – 5000 AZN-dək