4 aprel tarixindən başlayaraq avrozonada yeni 50 avro nominalında olan banknot dövriyyəyə buraxıldı.
Banker.az xəbər verir ki, bu haqda məlumat Avropa Mərkəzi bankının rəsmi saytında yer alıb.
Banknot yeni təhlükəsizlik tədbirləri – əlavə su nişanları və yunan mifologiyasından olan personajın portreti formasında olan holoqram ilə təmin edilib. Bu isə valyutanı saxtalaşdırmaq ehtimallarını azaldır.
50 avro nominalında olan banknot avrozonada ən geniş yayılmış pul vəsaitidir.