Rusiyanın ən varlı qadınının sərvəti dron hücumları fonunda $1,5 mlrd. azalıb

Rusiyanın ən varlı qadını, “Wildberries”in təsisçisi Tatyana Kimin sərvəti ilin əvvəlindən 1,5 milyard dollar azalaraq 6,4 milyard dollara düşüb.

Banker.az bunu “Bloomberg”ə istinadən yazır ki, iyuldan bəri Ukrayna dronlarının “Wildberries” anbarlarına hücumları nəticəsində 20-dən çox obyekt və ən azı 550 milyard rubl, yaxud 6,4 milyard dollar dəyərində mal məhv edilib.

Rusiyanın e-ticarət bazarı üzrə analitika şirkəti “Data Insight”ın hesablamasına görə, zədələnmiş infrastrukturun bərpasına 200 milyard rubldan, yaxud 2,3 milyard dollardan çox vəsait tələb oluna bilər.

Hücumlar platformada çalışan 1 milyondan çox satıcıya da təsir edib. “Wildberries” öz anbarlarından istifadə edən satıcılar üçün komissiyaları azaldıb və tərəfdaş anbar mərkəzləri şəbəkəsi yaratmağa başlayıb.

Ötən il “Wildberries”in ümumi mal dövriyyəsi təxminən 6,1 trilyon rubl təşkil edib. Bu, Rusiyanın ümumi daxili məhsulunun təxminən 3%-nə bərabərdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər