50 milyon manatlıq ipoteka istiqrazları yerləşdirilib

30 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan istiqrazlar 3.25% illik gəlirliliklə tam yerləşdirilib. Buraxılış üzrə ümumilikdə 50 min istiqraz satılıb.

Hərracda 1 investor iştirak edib və daxil olan sifarişin həcmi 50 milyon manat təşkil edib.

İstiqrazlar üzrə faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək, tədavül müddəti isə 7 200 gündür. Buraxılışın anderrayteri “İnvest-Az İ.Ş.” QSC olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər