2 C
Baku
Saturday, December 14, 2024

“500 manatlıq”lar mağazalarda niyə işləmir? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda 500 manatlıq pul əsginaslarından istifadə edən vətəndaşlar bəzən müəyyən problemlərlə üzləşirlər. Belə ki, bəzi market və mağazalar bu pulun dövriyyədə olmadığını, bəzən isə bu pulu götürməyə ehtiyat etdiklərini bildirirlər.

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək və 500 manatlıq əsginaslarla bağlı yaranan çaşqınlığa son qoymaq üçün Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət edilib.

Qurumdan bildirilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində 500 manat nominallı xatirə pul nişanı tədavülə buraxılıb:

“Qeyd edək ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir”.

Mərkəzi Bankdan həmçinin açıqlanıb ki, tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır:

“Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir.

Bildiririk ki, tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılır. Tədavülə isə yalnız yararlı pul nişanları buraxılır”.

Mənbəbaku.ws
Son xəbərlər
Digər xəbərlər