24 C
Baku
Monday, April 29, 2024

Yəqin ki siz əvvəllər də hər hansı bir məsələnin həllinə “daha kreativ və innovativ yanaşmanın zəruriliyi” kimi oxşar ifadələr eşitmisiniz. Bəs bu kreativ yanaşma deyilən məfhumu necə qazanmaq olar?!

Özünüzdə kreativliyi inkişaf etdirə bilərsiniz? Sən demə, bu mümkündür. Bu gün biz kreativliyi generasiya etməyə imkan verən alətlərdən biri haqqında danışacağıq. 

Refreyminq matrisası 1983-cü ildə Maykl Morqan tərəfindən təklif olunmuşdur. Bu müxtəlif çətinlik və miqyasda olan məsələləri həll etməyə imkan verən istifadəsi sadə və operativ alətdir. Ondan necə istifadə etmək olar:

Addım 1

Təsvirdə göstərildiyi kimi refreyminq matrisasının şəklini çəkin. Ortasında dəqiq müəyyənləşdirilmiş məsələ və ya problemi qeyd etmək üçün yer saxlayın.
matritsa refreysmnga

Addım 2

Dörd boş oyuq –məsələnin həllinə dörd baxış mövqeyini qeyd etmək üçün ayrılıb. Bəs obyektə bir neçə mövqedən necə baxmaq olar? Bunun üçün iki variantdan birini istifadə etmək olar:

  • Elə dörd peşənin adını (öz peşənizdən başqa) yazın ki, onların nümayəndələrini verilmiş məsələnin həllinə cəlb etmək mümkün olsun. Məsələn, mühasib, mühəndis, marketoloq, satıcı, texnoloq, hüquqşünas
  • 4P matrisasından istifadə etmək olar (eyniadlı marketinq matrisası ilə səhv salmayın): məhsul (product), planlaşdırma (planning), reallaşdırılmamış potensial (potential), insan amili (people).

Qısası, əgər məsələnin xarakterinə uyğundursa, onda 4P marketinq matrisasından da istifadə etmək olar.

Addım 3

“Brainstrorming” ilə məşğul olun. Fikrən hər bir oyuqda verilmiş peşə mövqeyindən yanaşmağa çalışın və bu nöqteyi-nəzərdən məsələləri həll edin.

Hər oyuğa məsələni həll etməyə kömək edə biləcək iki-üç ideya yazın:

Nümunə:

matritsa refreysmnga 2

Addım 4

Generasiya edilmiş ideyaları təhlil edin, onardan ən prespektivli olanını seçin.

flower six petals

Yarpaqların sayını artırmaq olar və birbaşa olaraq, onlara ideyaları yaza bilərsiniz. Ümid edirəm ki, refreyminq matrisası sizə kreativ ideyalarınızı generasiya etməyə kömək edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər