56 manatlıq sığorta haqqı üzrə fermerə 5.6 min manat ödəniş edilib

Aqrar Sığorta Fondu Xaçmaz və Xızı rayonlarında fəaliyyət göstərən iki təsərrüfata sığorta ödənişləri həyata keçirib.

Banker.az Fondun məlumatına istinadən xəbər verir ki, Xaçmaz rayonunun Qalağan kəndində fermer Əsəd Nəsrullayevin 33.5 hektar buğda sahəsi sığortalanıb. Sel-subasma nəticəsində 6.8 hektar sahəyə zərər dəyib. Zərər üzrə azadolma məbləği çıxıldıqdan sonra fermerə 5.64 min manat sığorta ödənişi edilib. Məlumata əsasən, zərər dəymiş sahənin sığortalanması üçün ümumilikdə 56 manat sığorta haqqı ödənilmişdi.

Xızı rayonunun Yaşma kəndində isə fermer Azay Cəlilovun yoluxucu xəstəlik səbəbindən tələf olan 2 baş iribuynuzlu mal-qarasına görə 7.2 min manat sığorta ödənişi həyata keçirilib. Hər biri 4 min manat dəyərində olan heyvanların 3 il müddətinə sığortalanması üçün ümumilikdə 1 072 manat sığorta haqqı ödənilmişdi.

Aqrar Sığorta Fondu bildirir ki, indiyədək fermer və təsərrüfatlara ümumilikdə 23 mln. manat sığorta ödənişi həyata keçirilib. Bunun 19.5 mln. manatı əkin sahələri, 3.5 mln. manatı isə heyvandarlıq sığortası üzrə olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər