ABŞ Senatının bir ay əvvəl 86-11 səslə böyük səs çoxluğu ilə təsdiqlədiyi Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi Nümayəndələr Palatasında artan müqavimətlə üzləşib.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Agentlik bildirir ki, Respublikaçılar yeni tədbirlərin neft və benzinin qiymətini artıra biləcəyindən, demokratlar isə qanun layihəsinin Donald Trampın tariflər tətbiq etmək səlahiyyətlərini genişləndirəcəyindən ehtiyat edirlər.







