15 C
Baku
Friday, March 29, 2024

59 yaşında kişilər – Necə pensiyaya çıxmaq olar?

Əmək pensiyası haqqında qanunun 8-ci maddəsinə əsasən ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal – 1. Hazırda kişilərin əmək pensiyasına çıxma yaşı 64-dü. Atanın 5 uşağı var. Hərəsinin 2, 3, 3, 6, 7 yaşları var. Ana məhkəmənin qətnaməsinə əsasən valideynlik hüququndan məhrum edilib. Belə olan halda, ata ikinci dəfə ailə qurmadan, uşaqları 8 yaşınadək təkbaşına böyüdür. Bundan əlavə, atanın 25 il sığorta stajı var. 2019-cu ildə 59 yaşı tamam olur. Bu halda onun əmək pensiyasına çıxmaq hüququ yaranır. Yəni 59 yaşında pensiyaya çıxa bilər.

Misal – 2. Ata (qəyyum kişilər) internatdan 5 uşaq götürüb. 8 yaşınadək təkbaşına böyüdüb. Şəxsin 25 il sığorta stajı yox, kifayət qədər pensiya kapitalı var (23040 manat). 2019-cu ildə 59 yaşı tamam olur. Bu halda onun əmək pensiyasına çıxmaq hüququ yaranır. Yəni 59 yaşında pensiyaya çıxa bilər.

Rauf Qarayev
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər