2 C
Baku
Saturday, December 14, 2024

6%-lə sahibkarlıq kreditləri

Müəllif: Vüsal Bağırov

Öz sahibkarlıq fəaliyyətinizi qurmaq və ya genişləndirmək üçün maliyyə probleminiz varsa sahibkarlıq kreditləri elə məhz sizin üçündür. Bu kreditlər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşir və müvəkkil kredit təşkilatları vasitəsilə verilir. Üstün cəhətləri isə bankların verdikləri biznes  kreditlərindən 3-4 dəfə daha aşağı faizlə olması və güzəşt müddətinin daha uzun olmasıdır.

Kredit verilməsi

Müvəkkil kredit təşkilatları (bank, bokt və kredit ittifaqları) Fond tərəfindən ayrılmış limitə əsasən maliyyə vəsaiti alır və kredit verirlər. Sahibkarlıq subyekti müvəkil kredit təşkilatına müraciət etdikdən sonra, kredit təşkilatı da öz növbəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi minimal tələblərə əsaslanaraq investisiya layihələrini təhlil edir. Mənfi qiymətləndirilmiş layihələr 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu ilə sahibkarlıq subyektlərinə təqdim olunur. Müsbət qiymətləndirilmiş layihələr isə Fonda təqdim olunur. Fond 10 bank günü müddətində layihələri ekspertizadan keçirir və monitorinq edir. Daha sonra müraciətin təmin olunması və imtinası barədə müvəkkil kredit təşkilatına məlumat verir. Müraciətin təmin olunması halında sahibkarlıq subyekti ilə kredit təşkilatı arasında müqavilə bağlanır və bu barədə Fonda sifariş göndərilir. 3 bank günündə Fond vəsaiti müvəkkil kredit təşkilatına, kredit təşkilatı isə 2 bank günü ərzində sahibkarlıq subyektinin hesabına köçürür və Fonda məlumat verir.

Kreditin hədləri

5000 azn – 50 000 azn kiçik həcmli kreditlər

50 001 azn – 500 000 azn orta həcmli kreditlər

500 001 azn – 10 000 000 azn böyük həcmli kreditlər

Kreditin müddəti və faizləri 

kiçik həcmli kreditlər – 3 ilədək

orta həcmli kreditlər – 5 ilədək

böyük həcmli kreditlər – 10 ildək müddətə kimi verilir. Sahibkarlıq kreditlərinin faizi 6% ( kütləvi informasiya vasitələrinin inkşafı üçün 4%)-dən çox olmamalıdır.

Güzəşt müddəti

Güzəşt müddəti sahibkarlıq subyektinin fəaliyyətinin xarakterindən asılıdır və kreditin istifadə müddətinin 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində ancaq faiz məbləği ödənilir.

Layihələrin qiymətləndirmə meyarları

Qiymətləndirmə üzrə keçid balı 60-dır.

Mənbə: Sahibkarlığa Kömək Milli Fondu

meyar

Son xəbərlər
Digər xəbərlər