6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) bir neçə regionda yerləşən inzibati binalarının əsaslı təmiri ilə bağlı keçirdiyi iki iri tenderə yekun vurub. Hər tenderin qalibi “İnnova İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Banker.az xəbər verir ki, məlumata görə, Agentlik Salyan və Hacıqabul rayonları, habelə Biləsuvar şəhərində yerləşən filial binalarının əsaslı təmiri üçün şirkətlə 2 138 940 manatlıq müqavilə imzalayıb.

Şirkətin qalib gəldiyi digər satınalma göstərir ki, DOST Agentliyinin Qax, Zaqatala və Qəbələ şəhərlərindəki inzibati binalarının əsaslı təmir işləri də “İnnova İnşaat” MMC-yə həvalə edilib. Bu müqavilənin dəyəri isə 2 358 582 manat təşkil edir.

Bununla da, Agentliyin 6 müxtəlif bölgədəki binalarının əsaslı təmiri üçün “İnnova İnşaat” MMC ilə ümumilikdə 4 497 522 manatlıq iki müqavilə bağlanıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər