6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 ADİL MÜSLÜMOV SADAY OĞLU İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
2 ELMAR-94 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ İlkin istehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3 QULU MƏMMƏDQULİYEV ƏHLİMAN OĞLU İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
4 AYAZ ALLAHVERDİYEV ALLAHVERDİ OĞLU Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir
5 ANAR İSMAYILOV İSMAYIL OĞLU Topdan satış Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
6 LƏTİF LƏTİFOV QİNYƏT OĞLU Qablaşdırma Sahibkar hal-hazırda fəaliyyət göstərmir

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər