Məhəmməd Əli əsl qəhrəmandır. Onun hərəkəti internetdə böyük populyarlıq qazanır və o əsl ulduza çevrilir. Belə ki, bu azyaşlı uşaq ailəsini qarətçilərdən xilas edə bilib. Hadisə Birmingemdə baş verib. 7 nəfərdən ibarət oğru dəstəsi evə daxil olur. Bu zaman Əli anası və yenidoğulmuş qardaşı ilə evdə idi. Ailə kömək üçün dərhal olaraq polisə və yaxud qonşulara xəbər edə bilmir.
Oğrular qiymətli əşyalar axtarmaq məqsədilə evi ələk-vələk etməyə başlayır. Onlar dəyərli heç bir şey tapmadıqda silahı yenidoğulmuş körpəyə tutaraq qadından qızılları dərhal olaraq gətirməsini tələb edirlər. Qadının qulağında olan qızıl sırğalar qaərtçilərdən birinin diqqətini cəlb edir və o silahı ona doğruldur. Bu da Əlinin hərəkətə keçməsinə səbəb olur. O qəfil olaraq yerindən qalxaraq anasının önünə keçir və oğruların üzərinə qışqırmağa başlayır. O oğrulardan anasına toxunmağa cürət belə etməməyi və evlərindən çıxıb getmələrini tələb edir. Təbii ki, oğruların hadisənin bu hala düşəcəyini gözləmirdilər. Onlar azyaşlı uşağın davranışından o dərəcə heyrətə gəlirlər ki, dərhal evi tərk edirlər. Onlar evdən apardıqları yeganə şey isə mobil telefon olur.
Əlinin anası Rifat oğlunun bu hərəkətində qürur duyduğunu deyib. Qeyd edək ki, 6 yaşlı Məhəmməd Əli illik mükafata layiq görülüb. Bu mükafat əzmkarlıq, iradə gücü və cəsarət nümayiş etdirən insanlara təqdim edilir. Qarətçilərə gəldikdə isə, onlar hələ də polis tərəfindən ələ keçirilməyib.