Hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir.
Banker.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirilib.
Azərbaycanın İspaniya Krallığındakı səfiri Ramiz Həsənov ölkələr arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iqtisadi-ticarət əlaqələrinin də gücləndirilməsi üçün geniş potensialın olduğunu da vurğulayıb.