8 C
Baku
Tuesday, March 19, 2024

64 Mp-lik kameraya malik ilk “Redmi Note 8” smartfonu çıxdı – FOTO

Çinin “Xiaomi” şirkətinin 29 avqustda keçirəcəyi təqdimat üçün dəvətnamələrin üzərində “Redmi Note 8″in ilk rəsmi görüntüləri əks olunub.

Xarici KİV-ə istinadən xəbər verir ki, şəkildə üçlü kameranın dizaynı və 64Mp yazısı görünür.

Avqustun sonunda “Redmi” brendinin təqdimatında şirkət “Redmi Note 8″lə yanaşı “Redmi 8” və “Redmi 8A” smartfionlarını, həmçinin 70 düym ekranlı televizoru göstərəcək.

Xatırladaq ki, “Redmi Note 8” 64 meqapiksellik kameraya malik ilk smartfon olacaq.

download 1©Finans.az

Son xəbərlər
Digər xəbərlər