7.6 milyonluq nizamnamə kapitalı olan dövlət şirkəti ləğv edilir

“Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsə (PHŞ) qoşulma yolu ilə ləğv olunduğunu elan edib.

Banker.az xəbər verir ki, bununla əlaqədar olaraq, ləğv prosesində olan şirkətin kreditorları öz tələblərini irəli sürə bilərlər.

Kreditorların müraciətləri və tələbləri Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76a ünvanında yerləşən “Gəncə Sukanal” Törəmə ASC-nin inzibati binasında qəbul olunur.

Xatırladaq ki, “Gəncə Sukanal” TSC 1999-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı  7 672 800 manatdır və qanuni təmsilçisi Şöhrəddin Verdiyevdir.

Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi (İSST) Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. İSST Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki 5 publik hüquqi şəxsdən biridir, 6 iri şəhərə- Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvana xidmət göstərir. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər