2023-cü ilin yanvar-iyul aylarında “Azərkosmos” tərəfindən dünyanın 45 ölkəsinə 11.1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir.
İcmala əsasən, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib. 2023-cü ilin iyul ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.4 milyon ABŞ dolları ilə Lüksemburq, 983.6 min ABŞ dolları ilə BƏƏ, 613.8 min ABŞ dolları ilə Almaniya və 472.9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.