14 C
Baku
Thursday, March 28, 2024

7 bankda mobil bankçılıq yoxdur

Hazırda ölkədə fəaliyyət göstərən 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

O qeyd edib ki, avqustun 1-nə banklarda aparılmış cari hesablar üzərindən ödəniş əməliyyatlarının 34,3 faizi (27,3 milyard manat) elektron bankçılıq xidmətləri vasitəsilə həyata keçirilib.

Azərbaycanda 30 bank fəaliyyət göstərir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər