9 C
Baku
Thursday, December 12, 2024

7 milyonluq “Bakı-Taxıl” ASC yeni şirkət yaradacaq

“Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı 23 iyun 2023-cü il tarixində, saat 10:00-da “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında keçiriləcəkdir.

Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. Cəmiyyətin 2022-ci il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi

2. Mənfəətin istifadəsinə dair

3. Cəmiyyətin tabeliyində Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasına və onun faəliyyətinin təmin olunmasına dair.

Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin İnzibati Binasında (AZ1108, Bakı şəhəri, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə), 22 №-li otaqda tanış olmaq olar.

Qeyd edək ki, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC 1998-ci ildə dövlət qeydiyyatınan alınıb, nizamnamə kapitalı 7 511 380 manatdır və qanuni təmsilçisi Bəsirət Quliyevdir.

Son xəbərlər
Digər xəbərlər