6 C
Baku
Sunday, December 15, 2024

70 ölkə Zelenskinin planına görə bir araya gələcək

Ukrayna ofisinin rəhbərinin müavini İqor Jovkvanın məlumatına görə, 70 ölkənin təmsilçiləri bu həftəsonu Maltada görüşəcəklər. Məqsəd Ukraynada gedən müharibənin ölkə Prezidenti Volodimir Zelenski tərəfindən təklif olunan sülh yolu ilə nizamlanması planını müzakirə etməkdir.

Oktyabrın 28-29-da Maltada keçiriləcək danışıqlarda 70 ölkənin milli təhlükəsizlik üzrə müşavirləri və xarici işlər nazirlərinin nümayəndələri iştirak edəcəklər. Onlar Volodimir Zelenskinin 10 maddədən ibarət sülh planını müzakirə edəcəklər. Müharibə artıq 21-ci aydır ki, davam edir və onun sonu görünmür.

Jovkvanın sözlərinə görə, Kiyev bu il Qlobal sülh sammitinin çağırılmasını hədəf götürüb.

Zelenskinin 10 maddədən ibarət olan sülh planı Ukraynanın ərazi bütövlüyünün bərpasını, Rusiya qoşunlarının ölkədən çıxarılmasını, ərzaq və enerjidaşıyıcılarının tədarükünün müdafiəsini, nüvə təhlükəsizliyini və bütün əsirlərin azad olunmasını əhatə edir.

Qeyd edək ki, Ukraynaya dəstək üzrə elə bu formatda Kopenhagendə (Danimarka) və Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən ötən görüşlərdə müvafiq olaraq, 15 və 43 ölkənin təmsilçiləri iştirak etmişdilər.

Son xəbərlər
Digər xəbərlər