Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC-də rəhbər dəyişikliyi baş verib.
Banker.az xəbər verir ki, Ələddin Rəşid oğlu Sadıqov şirkətin qanuni təmsilçisi təyin edilib. O, bu vəzifədə Nikolai Khnykin-i əvəzləyib.
“AzRosPromİnvest” MMC-nin nizamnamə kapitalı 25,4 milyon manat təşkil edir.
“AzRosPromİnvest” MMC Azərbaycan-Rusiya birgə müəssisəsidir və əsas fəaliyyəti bentonit gilinin hasilatı və emalıdır. Şirkət Qazax rayonunun Daş Salahlı kəndində qeydiyyatdadır.
AzRosPromİnvest Azərbaycanda yeganə müəssisədir ki, bentonit gili hasilatı və emalı ilə məşğuldur və onun əsasında müxtəlif məhsullar istehsal edir. Müəssisənin xammal bazası Azərbaycan Respublikasının Qazax rayonu, Daş-salahlı kəndin yaxınlığında yerləşən unikal Daş-Salahlı bentonit gil yatağıdır.







