75 yaşlı Hacıbala Abutalıbovu da vəzifədən azad edildi – SƏRƏNCAM

0

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, 21 oktyabr 2019-cu il tarixdə, Baş nazirin daha bir müavini Hacıbala Abutalıbovu vəzifəsindən azad edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi səhifəsində deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin”, – deyə sərəncamda deyilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Hacıbala Abutalıbovun 75 yaşı var. O, 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilmişdir. 

Eləcə də oxu: Baş nazirin müavini Əli Həsənov vəzifəsindən azad edildi