“80/20 prinsipi”: Həyat, Biznes və Foreksdə

vusalMüəllif: Vüsal Məmmədov, İnforex, baş redaktor Siz bilirsinizmi ki, nəticənin 80 faizini səbəblərin 20 faizi doğurur? Yəni:Müəllif: Vüsal Məmmədov, İnforex, baş redaktor Siz bilirsinizmi ki, nəticənin 80 faizini səbəblərin 20 faizi doğurur? Yəni: – Pulların 80 faizini insanların 20 faizi qazanır; – Firmanın gəlirinin 80 faizini müştərilərin 20 faizi verir; – Bir işin 80 faizi həmin işə sərf olunan vaxtın 20 faizi ərzində görülür; – İnternetə girənlərin 80 faizi saytların 20 faizinə baxır; – Konkret olaraq, sizin sayta gələnlərin 80 faizi səhifələrin yalnız 20 faizinə nəzər salırlar; – Mühərrikdə yanan benzinin enerjisinin 20 faizi maşının hərəkətini 80 faiz təmin edir; – Yol qəzalarının 80 faizini sürücülərin 20 faizi törədirlər; – Uşaqların 20 faizi təhsil proqramını 80 faiz  mənimsəyir; – Siz 80 faiz hallarda paltarlarınızın 20 faizini geyinirsiniz; – Səhvlərin 20 faizi itkilərin 80 faizinə gətirib çıxarır… … STOP! Səhvlərdən və itkilərdən söhbət düşdüsə, demək, bu 80/20 qanunauyğunluğu nədirsə, onu Foreksdə də tətbiq etmək olar. Amma öncə görək, bu nədir… Tanış olun: Vilfredo Pareto  (1848-1923) İtaliya alimi, iqtisadçısı və sosioloqudur. Politoilogiyadakı “Elita nəzəriyyəsi”ni yaradanlardan biridir. Onun elmi ideyaları az deyil, amma indi bizi konkret biri maraqlandırır: 80/20 adıyla tanınan “Pareto Prinsipi”. Sosioloji araşdırmalarının birində o, üzə çıxarmışdı ki, İtaliyada gəlirlərin 80 faizi ailələrin 20 faizinin payına düşür. Təəssüf ki, Pareto bundan uzağa getmir. Sonradan, 1941-ci ildə Cozef Curan 80/20 prinsipinin daha geniş əhatəli olduğunu görür, onu ümumiləşdirir, qanun halına salır və “Pareto Prinsipi” adını verir.  İngilis Riçard Kox isə yazdığı kitabla bu araşdırmaları populyarlaşdırır və bütün dünyaya yayır. Onun kitabı belə adlanırdı: “20/80 prinsipi: az səy göstərməklə çox nəticə əldə etməyin yolları”. Bu, mümkündürmü? Yaxşı nəticə əldə etməyin kökündə nə dayanır? Optimallaşdırma! Bəs düzgün op-ti-mal-laş-dır-maq üçün nə lazımdır? Sərf olunan iş ilə nəticənin arasındakı qarşılıqlı əlaqəni anlamaq. “80/20 prinsipi” məhz belə bir əlaqəni təsvir edir.  Demək, bunu biləndən sonra istənilən sistemdə optimallaşdırma aparmaq mümkündür. Tutalım, lap sadə bir misal gətirək. * Kitabxanaya gələnlərin 80 faizi kitabların 20 faizini oxuyur Nə etmək olar? Ay sağ olun, həmin 20 faiz kitabı müəyyənləşdirib, daha rahat yerlərə yığmaq mümkündür. Və yaxud, geridə qalan 80 faiz kitabın içində nahaq yerə tozlanan yaxşı kitablar varsa, oxuculara məsləhət görmək olar. * Oxucuların 80 faizi bu jurnalın 20 faizini oxuyur Nə etmək olar? Həmin daha çox oxunan 20 faizlik səhifələri daha yaxşı, anlaşıqlı etmək, qalan 80 faizi kimlərə necə təqdim etmək haqda düşünmək. * Zənglərin 80 faizi telefondakı adların 20 faizinə edilir Nə etmək olar? Həmin çox zəng vurulan nömrələri daha rahat və əlçatan etmək, lazım gəlsə, əzbərləmək. Qalan 80 faizin içində kimlərin olub-olmadığını müəyyənləşdirmək, aradabir onları yada salmaq. * Fikirlərinizin 80 faizini işlətdiyiniz sözlərin 20 faizi ilə ifadə edirsiniz Nə etmək olar? Məsələn, həmin 20 faiz sözü nitqinizin əvvəlinə sala bilərsiniz ki, həmsöhbətinizn diqqəti yayınmamış Sizi tam başa düşsün. Bax, bütün bunlar əslində elə optimizasiyasıdır ki, var. Sadəcə, məişət səviyyəsində. Əlbəttə, bu və digər nisbətləri aşkarlayandan sonra daha faydalı optimallaşdırma tətbiq etmək də mümkündür. Eyni şeyi biznesdə də etməklə  daha yaxşı nəticələrə nail olmaq mümkündür.  Məsələn, 1963-cü ildə IBM şirkətinin mühəndisləri  müəyyən etmişdilər ki, kompüterin prosessoru iş vaxtının 80 faizi ərzində proqramların 20 faizi ilə işləyir.  Məhz həmin 20 faiz proqramları prosessor üçün daha da uyğunlaşdırmaqla IBM öz kompüterlərinin sürətli işləməsini təmin edə bilmişdi.  “Apple”, “Microsoft” kimi nəhənglər də daxil olmaqla, bütün böyük şirkətlərin bu prinsipdən istifadə etdikləri bəllidir.  Bəzi ekspertlərə görə, “Microsoft” məhz Pareto Prinsipini tətbiq etməklə kütləni özünə çəkməyi bacarmışdı. Necə? Çox sadə: İnsanların 80 faizi kompüterin 20 faiz nəyindən qorxur? Bunu müəyyənləşdiririk, həmin 20 faizi dəyişdiririk və insanların 80 faizi artıq bizim müştərimizdir! Bəs bütün bunları Foreksdə necə tətbiq etmək olar? Əvvəlcə görək, 80/20 prinsipi özün Foreksdə necə göstərir. * Bazarın hərəkətinin 80 faizi vaxtın 20 faizi ərzində baş verir Nəticə: Vaxtın 80 faizi ərzində bazarın hərəkətinin cəmi 20 faizi müşahidə olunur. Deməli, əgər Siz flet zamanı işləmək istəmirsinizsə,  həmin vaxtı müəyyənləşdirib, səbr etməyi bacarmalısınız. Trenddə işləmək istəynlər vaxtın 80 faizi ərzində “hasarda oturmağı” (bazardan kənarda qalmağı) bacarmalıdırlar. * Gəlirin 80 faizini doğru əməliyyatların 20 faizi verir Nəticə: Potensial əməliyyatların bir çoxundan imtina etməklə  siz elə də çox şey itirməyəcəksiniz. Bunu bilmək Sizə tələsmədən, həqiqətən faydalı ola biləcək əməliyyatı gözləməkdə yardım edə bilər. * İtkilərin 80 faizini yanlış əməliyyatların 20 faizi yaradır Buna mən öz təcrübəmdə dəfələrlə əmin olmuşam. Xırda “loss”lar heç vaxt treyderin hesabını müflis etmir. Demək, səhv açılmış əməliyyatı az itkilərlə bağlamaqdan çəkinmək lazım deyil.  Onlar ziyanın uzağı 20 faizini yarada bilərlər. * Bazarın hərəkətinin 80 faiz səbəbi bu hərəkəti yaradan amillərin 20 faizinin təsiri nəticəsində baç verir Nəticə: …Ona görə də fundamental faktorlara əsaslanaraq proqnoz verməzdən əvvəl, hazırda məhz hansı 20 faiz fundamental amillərin bazarda daha çox təsür gücünə malik olduğunu müəyyənləşdirmək lazımdır. * Gəlirin 80 faizini treyderlərin 20 faizi götürürlər Nəticə: Özünüz çıxarın Əlbəttə, Pareto Prinsipinin Forex bazarına tətbiqi variantları bunlarla məhdudlaşmır. Ən müxtəlif variantlar tapmaq mümkündür. Tutaq ki, belə: “Treyderlərin 80 faizi indikatorların 20 faizindən istifadə edir”… Ya bəlkə belə: “Treyder 80 faiz hallarda tanıdığı indikatorların 20 faizindən istifadə edir”. Əgər Sizin də belə müşahidələriniz varsa, onları “İnforex”in forumunda müzakirə etmək çox maraqlı olardı. – Pulların 80 faizini insanların 20 faizi qazanır; – Firmanın gəlirinin 80 faizini müştərilərin 20 faizi verir;

– Bir işin 80 faizi həmin işə sərf olunan vaxtın 20 faizi ərzində görülür;

– İnternetə girənlərin 80 faizi saytların 20 faizinə baxır;

– Konkret olaraq, sizin sayta gələnlərin 80 faizi səhifələrin yalnız 20 faizinə nəzər salırlar;

– Mühərrikdə yanan benzinin enerjisinin 20 faizi maşının hərəkətini 80 faiz təmin edir; – Yol qəzalarının 80 faizini sürücülərin 20 faizi törədirlər;

– Uşaqların 20 faizi təhsil proqramını 80 faiz  mənimsəyir;

– Siz 80 faiz hallarda paltarlarınızın 20 faizini geyinirsiniz;

– Səhvlərin 20 faizi itkilərin 80 faizinə gətirib çıxarır… … STOP!

Səhvlərdən və itkilərdən söhbət düşdüsə, demək, bu 80/20 qanunauyğunluğu nədirsə, onu Foreksdə də tətbiq etmək olar. Amma öncə görək, bu nədir… Tanış olun: Vilfredo Pareto  (1848-1923) İtaliya alimi, iqtisadçısı və sosioloqudur. Politoilogiyadakı “Elita nəzəriyyəsi”ni yaradanlardan biridir. Onun elmi ideyaları az deyil, amma indi bizi konkret biri maraqlandırır: 80/20 adıyla tanınan “Pareto Prinsipi”. Sosioloji araşdırmalarının birində o, üzə çıxarmışdı ki, İtaliyada gəlirlərin 80 faizi ailələrin 20 faizinin payına düşür. Təəssüf ki, Pareto bundan uzağa getmir. Sonradan, 1941-ci ildə Cozef Curan 80/20 prinsipinin daha geniş əhatəli olduğunu görür, onu ümumiləşdirir, qanun halına salır və “Pareto Prinsipi” adını verir.  İngilis Riçard Kox isə yazdığı kitabla bu araşdırmaları populyarlaşdırır və bütün dünyaya yayır. Onun kitabı belə adlanırdı: “20/80 prinsipi: az səy göstərməklə çox nəticə əldə etməyin yolları”. Bu, mümkündürmü? Yaxşı nəticə əldə etməyin kökündə nə dayanır?

Optimallaşdırma! Bəs düzgün op-ti-mal-laş-dır-maq üçün nə lazımdır? Sərf olunan iş ilə nəticənin arasındakı qarşılıqlı əlaqəni anlamaq. “80/20 prinsipi” məhz belə bir əlaqəni təsvir edir.  Demək, bunu biləndən sonra istənilən sistemdə optimallaşdırma aparmaq mümkündür. Tutalım, lap sadə bir misal gətirək. * Kitabxanaya gələnlərin 80 faizi kitabların 20 faizini oxuyur Nə etmək olar? Ay sağ olun, həmin 20 faiz kitabı müəyyənləşdirib, daha rahat yerlərə yığmaq mümkündür. Və yaxud, geridə qalan 80 faiz kitabın içində nahaq yerə tozlanan yaxşı kitablar varsa, oxuculara məsləhət görmək olar. * Oxucuların 80 faizi bu jurnalın 20 faizini oxuyur Nə etmək olar? Həmin daha çox oxunan 20 faizlik səhifələri daha yaxşı, anlaşıqlı etmək, qalan 80 faizi kimlərə necə təqdim etmək haqda düşünmək. *Zənglərin 80 faizi telefondakı adların 20 faizinə edilir Nə etmək olar? Həmin çox zəng vurulan nömrələri daha rahat və əlçatan etmək, lazım gəlsə, əzbərləmək. Qalan 80 faizin içində kimlərin olub-olmadığını müəyyənləşdirmək, aradabir onları yada salmaq. * Fikirlərinizin 80 faizini işlətdiyiniz sözlərin 20 faizi ilə ifadə edirsiniz Nə etmək olar?

Məsələn, həmin 20 faiz sözü nitqinizin əvvəlinə sala bilərsiniz ki, həmsöhbətinizn diqqəti yayınmamış Sizi tam başa düşsün. Bax, bütün bunlar əslində elə optimizasiyasıdır ki, var. Sadəcə, məişət səviyyəsində. Əlbəttə, bu və digər nisbətləri aşkarlayandan sonra daha faydalı optimallaşdırma tətbiq etmək də mümkündür. Eyni şeyi biznesdə də etməklə  daha yaxşı nəticələrə nail olmaq mümkündür.  Məsələn, 1963-cü ildə IBM şirkətinin mühəndisləri  müəyyən etmişdilər ki, kompüterin prosessoru iş vaxtının 80 faizi ərzində proqramların 20 faizi ilə işləyir.  Məhz həmin 20 faiz proqramları prosessor üçün daha da uyğunlaşdırmaqla IBM öz kompüterlərinin sürətli işləməsini təmin edə bilmişdi.  “Apple”, “Microsoft” kimi nəhənglər də daxil olmaqla, bütün böyük şirkətlərin bu prinsipdən istifadə etdikləri bəllidir.  Bəzi ekspertlərə görə, “Microsoft” məhz Pareto Prinsipini tətbiq etməklə kütləni özünə çəkməyi bacarmışdı. Necə? Çox sadə: İnsanların 80 faizi kompüterin 20 faiz nəyindən qorxur? Bunu müəyyənləşdiririk, həmin 20 faizi dəyişdiririk və insanların 80 faizi artıq bizim müştərimizdir!

Bəs bütün bunları Foreksdə necə tətbiq etmək olar?

Əvvəlcə görək, 80/20 prinsipi özün Foreksdə necə göstərir.

* Bazarın hərəkətinin 80 faizi vaxtın 20 faizi ərzində baş verir Nəticə: Vaxtın 80 faizi ərzində bazarın hərəkətinin cəmi 20 faizi müşahidə olunur. Deməli, əgər Siz flet zamanı işləmək istəmirsinizsə,  həmin vaxtı müəyyənləşdirib, səbr etməyi bacarmalısınız. Trenddə işləmək istəynlər vaxtın 80 faizi ərzində “hasarda oturmağı” (bazardan kənarda qalmağı) bacarmalıdırlar.

* Gəlirin 80 faizini doğru əməliyyatların 20 faizi verir Nəticə: Potensial əməliyyatların bir çoxundan imtina etməklə  siz elə də çox şey itirməyəcəksiniz. Bunu bilmək Sizə tələsmədən, həqiqətən faydalı ola biləcək əməliyyatı gözləməkdə yardım edə bilər.

* İtkilərin 80 faizini yanlış əməliyyatların 20 faizi yaradır Buna mən öz təcrübəmdə dəfələrlə əmin olmuşam. Xırda “loss”lar heç vaxt treyderin hesabını müflis etmir. Demək, səhv açılmış əməliyyatı az itkilərlə bağlamaqdan çəkinmək lazım deyil.  Onlar ziyanın uzağı 20 faizini yarada bilərlər.

Bazarın hərəkətinin 80 faiz səbəbi bu hərəkəti yaradan amillərin 20 faizinin təsiri nəticəsində baç verir Nəticə: …Ona görə də fundamental faktorlara əsaslanaraq proqnoz verməzdən əvvəl, hazırda məhz hansı 20 faiz fundamental amillərin bazarda daha çox təsür gücünə malik olduğunu müəyyənləşdirmək lazımdır.

* Gəlirin 80 faizini treyderlərin 20 faizi götürürlər Nəticə: Özünüz çıxarın Əlbəttə, Pareto Prinsipinin Forex bazarına tətbiqi variantları bunlarla məhdudlaşmır. Ən müxtəlif variantlar tapmaq mümkündür. Tutaq ki, belə: “Treyderlərin 80 faizi indikatorların 20 faizindən istifadə edir”… Ya bəlkə belə: “Treyder 80 faiz hallarda tanıdığı indikatorların 20 faizindən istifadə edir”. Əgər Sizin də belə müşahidələriniz varsa, onları “İnforex”in forumunda müzakirə etmək çox maraqlı olardı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.