Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2000-ci ildən bu günə qədər yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 88 qadın sahibkara 2.622.550 manat həcmində kredit verilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
2021-ci ilin ötən dövrü ərzində isə 9 qadın sahibkara 128.600 manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.