2 C
Baku
Saturday, December 14, 2024

9 ayda əhali ₼20 milyard ərzaq, içki və tütün məmulatlarına xərcləyib

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara
35553.1 milyon manatlıq, o cümlədən 20 014.1 milyon manatlıq ərzaq məhsulları, içkilər və
tütün məmulatları, 15 539 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.3 faiz, qeyri-ərzaq malları üzrə 3.6 faiz artıb.

2022-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları
mallara xərclədiyi vəsaitin 51.7 faizi ərzaq məhsullarının, 4.6 faizi içkilər və tütün
məmulatlarının, 13.5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil
benzini və dizel yanacağının, 5.2 faizi elektrik malları və mebellərin, 2.3 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 16 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər