2023-cü ilin doqquz ayı ərzində ölkədə 10.8 min iş yeri bağlanıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 56.4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 55.5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 44.5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.
2023-cü ilin doqquz ayı ərzində ölkədə 60.9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92.6 faizi qeyri-dövlət sektorunda açılmışdır.