Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Allintertog” MMC və “MAC Construction” QSC birgə konsorsiumu ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 8.999.266,61 AZN təşkil edir.