9 C
Baku
Thursday, December 12, 2024

9 ölkə axtarışda olan şəxsləri Rusiyaya verməkdən imtina etdi

Avropanın 9 ölkəsi, o cümlədən Almaniya, İtaliya və Böyük Britaniya axtarışda olan cinayətkarları Rusiyaya təhvil verməkdən imtina edir.

Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilib.

Baş prokuror İqor Krasnovun sözlərinə görə, bəzi xarici həmkarlar hətta cinayətkarların ekstradisiyası, hüquqi yardım və geniş mənada cinayətlə mübarizə sahəsində də Rusiya ilə əməkdaşlıqdan imtina etməyə hazırdırlar.

Rusiyanın Baş prokuroru Almaniya, Böyük Britaniya, İtaliya, Litva, Polşa, Xorvatiya, Monteneqro, Çexiya və Estoniyanın səlahiyyətli orqanlarının siyasi səbəblərə görə təqsirləndirilənlərin, xüsusilə ağır cinayətlər törədən şəxslərin Rusiyaya ekstradisiyasından imtina edən qərarlarını misal çəkib.

“Biz bu cür əsassız davranışı təqlid etməyəcəyik, qanun və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş bütün zəruri tədbirləri həyata keçirməyə davam edəcəyik”, – Krasnov bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər