Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Banker.az xəbər verir ki, indiyədək ölkə ərazisində 95.741 ədəd yeni nəsil NKA quraşdırılıb.
2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard manata yaxın olub ki, bu da 2022-ci il illə müqayisədə 14,2 faiz çoxdur.