19 C
Baku
Sunday, May 5, 2024

“,99” qiymətinin sirri nədədir?

Bir sıra mağazalar və dükanlar endirimlər dövrü yetişəndə, qiymət lövhələrində yazılmış rəqəmləri dəyişərək, onun sonluğuna .99 əlavə edirlər. Amma alıcılar belə bir qiyməti görməyə o qədər öyrəşiblər ki, elə təəssürat yaranır ki, onlar bu hiyləgər marketinq gedişinə guya ki, ümumiyyətlə reaksiya vermirlər.

Bəlkə də qiyməti 1 qəpik, ya 1 sent aşağı salmaq çox axmaqlıq kimi görünə bilər, amma Xenderson Universitetinin marketinq mütəxəssisi Lee Hibbettin sözlərinə əsasən, sözü gedən bu taktika 1 əsr bundan qabaq tərtib olunub. Tarix bu fəndin kim tərəfindən kəşf edildiyi barədə dəqiq məlumatlar vermir, amma istehlak davranışı üzrə mütəxəssislər belə bir gedişin nəyə görə daha çox məhsul satmağa kömək etməsini çox dəqiqliklə izah edə bilirlər.

Hibbett izah edir ki, qiymətin .99 ilə qurtarması o nəzəriyyə əsaslanır ki, insanlar soldan sağa oxumağa öyrəşib və bu zaman ilk rəqəm bizim yaddaşımızda daha güclü həkk olunur, nəinki vergüldən sonra yazılan digər rəqəmlər. Ona görə də insanlar adətən qiymət 4,99 qəpik göstərilmiş malı daha çox alır, nəinki qiyməti 5 manat olanı. Çünki təhtəlşüurda o, 4-ün daha aşağı olduğunu qavrayır, baxmayaraq ki, bu zaman qiymət fərqli cəmi 1 qəpikdir.

“Həmçinin də, biz həmişə çalışırıq ki, məhsulun alınması ilə bağlı qərar qəbuluna sərf etdiyimiz səylərin sayını azaldaq, xüsusən də əgər söhbət az dəyəri olan məhsullardan gedirsə“ –Hibbett əlavə edir.

Bundan əlavə qiymətin .99 ilə qurtarması faktı müştəriyə bu məhsulun artıq endirimdə olmasından xəbər verir, ona görə də insanlar özlərini inandırıb ki, bu tip alış-veriş etməklə sanki yaxşı iş görürlər, endirimdə olan məhsullar almaqla qiymətdə qabağa düşürlər, əslində isə sözü gedən halda qiymətdəki güzəşt olduqca cüzi və minimal dərəcədədir.

“Bəzi satıcılar, endirimdə olan məhsullara ,99 ilə qurtaran deyil, 9 ilə bitən məbləğdə qiymətlər qoyurlar, bu hal olduqca çox yayılıb, xüsusən də geyim satışı ilə məşğul olan dükanlarda – marketinq mütəxəssisi Erik Anderson bildirir. Bahalı geyim dükanları ,99 “qiyməti ilə oynamamağa“ və sadəcə lazım olan məhsullara 9 ilə yekunlaşan qiymət qoymağa üstünlük verirlər.

Anderson həmçinin söyləyir ki, 9 rəqəminin gücü özünü təkcə sent və qəpiklərlə məhdudlanmır. O, özünəməxsus bir araşdırma aparmağı təklif edib, məşhur geyim kataloqlarından birindən xahiş edib ki, paltarlardan birinin qiymətini qaldırsın. “Mən əmin idim ki, qiymətin qalxması ilə bu paltara olan tələbat aşağı düşəcək, amma qiyməti 34 dollara ola bu don, 39 dollara təklif edilməyə başlayanda tələb əksinə daha da yüksəldi. Müqayisə üçün bildirək ki, qiymətin 34 dollardan 44-ə qaldırılması isə tələbdə heç bir dəyişikliyə səbəb olmadı”, -o sözlərini belə yekunlaşdırdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər