Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) yaxın günlərdə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinə kasko sığorta tariflərinin hesablanması düsturu – aktuar tarif hesablama məsələsi ilə bağlı tövsiyyə məktubu göndərəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.
“Aktuar hesablama prosesində yaş, staj, avtomaşının buraxılış ili kimi amillər nəzərə alınacaq. Tarifin yeni düsturla müəyyən edilməsi sığorta şirkətinin zərərlə işləməsinin qarşısını alacaq. Dövlət metodikanı verir ki, onun orta tarifi nə ola bilər. Artıq bu məsələdə razılıq var. İndi ortaq bir düstur təklif edilir”, – deyə ASA rəhbəri qeyd edib.