Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.
Türkiyə KİV-nə istinadən xəbərə görə, toplantıda çıxış edən prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla 2011-ci ildə imzaladıqları TANAP layihəsinin Cənub Qaz Dəhlizi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. TANAP-da qənaətə yol verilərək xərclərin azaldıldığını deyən Əliyev Dünya Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə qurumlarının layihəyə dəstək verdiklərini vurğulayıb:
“Heç bir maneə bizi Cənub Qaz Dəhlizini reallaşdırmaqdan vaz keçirə bilməz. Süni gecikmələrdən qaçmalıyıq. Ekologiya problemini bəhanə edənlər ola bilər. Layihələrimizdəki ekoloji standart ən yüksək standartlardır. Nəticənin yaxşı olacağına əminəm. Sadəcə vaxt itirə bilərik. Niyə vaxt itirək ki, vaxt pul deməkdir. Layihə vaxtında başa çatdırılmalıdır.”