Martın 28-də “Bank Respublika”ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
– Müşahidə Şurasının tərkibi haqqında;
– Müşahidə Şurasının 3 yanvar 2017-ci il tarixində qəbul etdiyi qərarın müzakirəsi;
– Səhmdarların 30 noyabr 2016-cı il tarixli qərarına uyğun olaraq səhmlərin dövlət qeydiyyatına alınması ilə əlaqədar bəzi tədbirlərin görülməsi haqqında;
– Digər hüquqi şəxslərin nizamnamə kapitalında bankın iştirakı haqqında;
– Bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması haqqında.