“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin uzunmüddətli yerli və xarici valyutada emitentin defolt reytinqini “BB+”, proqnozu isə “neqaıtiv” olaraq təsdiq edib.
Agentlik AİF-in reytinqini Azərbaycanın suveren reytinqinə uyğunlaşdırıldığını bildirib. Bununla yanaşı, “Fitch” təşkilatın dövlətlə sıx əlaqələrinin olduğunu, dövlət mənzil siyasətinində əsas rol oynadığını və dövlətin ciddi nəzarəti altında olduğunu qeyd edib.