2014-cü ildən 2016-cı ilə qədər olan müddətdə “WhatsApp” və “Messenger” ən böyük ziyarətçi göstəricisi nümayiş etdiriblər.
“vladtime.ru” saytına istinadən məlumatına görə, bu sosial şəbəkələrdən hər biri öz sıralarına 500 milyona yaxın yeni istifadəçi cəlb edib.
Araşdırmanın təşkilatçısı qismində “Statista” portalı çıxış edib. “Messenger”in ardınca 467 milyon nəfər insanı “Facebook” saytı cəlb edə bilib.
Statistikaya əsasən, “Instagram”da say 300 milyon nəfər artıb, “Snapchat” isə cəmi 87 milyon nəfər artıra bilib. “Twitter” sosial şəbəkəsi 31 milyon nəfər yeni istifadəçi qazanıb.
“Twitter”in populyarlığının belə tez düşməsi böhrana səbəb olub. Mikrobloqlar xidmətinin administrasiyası sosial şəbəkənin mümkün satışı məsələsini müzakirə edir.