Şuşada 3 tarixi abidə bərpa olunacaq.
Banker.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi şəhər ərazisində yerləşən 3 memarlıq abidəsinin bərpa və konservasiyası işləri (4-cü mərhələ) üzrə açıq satınalma müsabiqəsi elan edib.
Müsabiqənin ehtimal olunan ümumi dəyəri 2 939 431 manat təşkil edir.
Layihə çərçivəsində Şuşanın tarixi simasının qorunub saaxlanılması məqsədilə müəyyən edilmiş 3 memarlıq abidəsində bərpa-bərkitiş və konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur.







