“Lamborghini” şirkətinin Rusiyadakı təmsilçisi ölkədə “Aventador” və “Veneno” modelindən 42 avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu avtomobillərdə yanacaq doldurma zamanı yanacağın filtr sisteminə sızması ehtimalı olduğu bildirilib. Bu isə filtr sisteminin sıradan çıxmasına səbəb olur.
Məlumata görə, geri çağırılan avtomobillər 2012-2017-ci illərdə satılıb.
Qeyd edək ki, “Lamborghini” ötən ay dünya üzrə 6 minə yaxın avtomobilini geri çağırmışdı.