1 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin ən varlı qadını – 2,5 milyard sərvəti var

Amerikanın nüfuzlu “Forbes” jurnalı Türkiyənin ən zəngin şəxslərinin siyahısını açıqlayıb.

Jurnalın hazırladığı siyahıda 27 türk iş adamının adı var. İlk dəfə olaraq türk qadın biznesmeni Türkiyənin ən zəngin şəxslərinin siyahısına daxil edilib.

Belə ki, “Koç Holding”in rəhbəri Semahat Sevim Arsel 2,4 milyard dollarlıq sərvəti ilə siyahıda üçüncüdür.

“Yıldız Holding” İdarə heyətinin sədri Murad Ülkər 3.7 milyard dollarlıq şəxsi sərvəti ilə siyahıya başçılıq edir.

“Fiba Holding”in rəhbəri Hüsnü Özyeğin isə 3 milyard dollarlıq sərvəti ilə ikincidir.

Türkiyənin ən böyük tikinti şirkəti “Ağaoğlu inşaat”ın sahibi Əli Ağaoğlunun da adı Türkiyənin ən zəngin şəxslərinin siyahısındadır.

Son xəbərlər
Digər xəbərlər